Suriyada vətəndaş müharibəsi başlayandan bu ilin aprelinə qədər 191 min nəfər həlak olub.
Teleqraf.com-un xəbərinə görə, bu barədə BMT insan haqları üzrə Ali Komissarlığının statistik hesabatında bildirilir.
Hesabatı şərh edən BMT-nin insan haqları üzrə ali komissarı Navenetxem Pilley bildirib ki, bu rəqəmlər ötən il qeydə alınan rəqəmlərdən iki dəfə çoxdur.
Qeyd edək ki, BMT insan haqları üzrə Ali Komissarlığı sonuncu dəfə 2013-cü ilin iyununda oxşar hesabatını açıqlamışdı.
Nihad