Albaniyada yunan hərbçilərinin dəfn olunduğu qəbiristanlığa bayraq asan Yunanıstan vətəndaşı öldürülüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ohi bayramı münasibətilə məzarlığa Yunanıstan bayrağı asan Konstantinos Katsifas adlı şəxs Albaniya polisləri tərəfindən vurulub. 35 yaşlı Yunanıstan vətəndaşı bayrağı götürmək istəyən polislərə "Kalaşnikov" tipli avtomatdan atəş açıb. Polislər cavab atəşi nəticəsində Konstantinos Katsifası öldürüb.
Yunanıstan Xarici İşlər Nazirliyi ölən şəxsin ailəsinə başsağlığı verərək Albaniya tərəfindən hadisə ilə əlaqədar rəsmi açıqlama gözlədiklərini bəyan edib.