Polşanın Jeşuve şəhərində ticarət mərkəzinin tavanı uçub.
Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, hadisə nəticəsində 7 nəfərin yaralandığı bildirilir. Xəstəxanaya yerləşdirilən şəxslərin həyati thlükəsi olmadığı vurğulanır. Mlumata görə, tavan 40-50 metr yüksəklikdən dağılıb və dərhal siqnalizasiya işə düşüb. Hadisədən sonra ticarət mərkəzindəki insanlar təxliyə olunublar.
Hazırda hadisə yerində axtarış-xilasetmə briqadası çalışır. Uçqun altında insanların qalıb-qalmadığı araşdırılır.