Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Teleqraf.com Gürcüstan mətbuatına istinadla xəbər verir ki, MSK sədri Tamara Jvaniya səslərin 13,8 faizinin sayıldığını deyib. Onun sözlərinə görə, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi Salome Zurabişvili 40,05% səslə liderdir. Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze 37,93% səslə ikincidir. Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze 10,82 % səslə üçücü yerdə qərarlaşıb.
Qeyd edək ki, Gürcüstan parlamentinin sədri, hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze prezident seçkilərinin ikinci turu olacağını bəyan edib.