Misir məhkəməsi 164 nəfərin adını terror siyahısına salıb.
Teleqraf.com xəbər verir ki, “Əl-Cəmaa əl-İslam” təşkilatı rəhbərliyinin də daxil olduğu siyahıda Asim Əbdülməcid və Məhəmməd əl-İslambul, həmçinin sabiq preszdent Ənvər Sədata sui-qəsddə ittiham olunaraq uzun müddət həbs yatan Tarix əz-Zumurün adları da var.
Həmçinin siyahıda müxalif İstiqbal Partiyasının sədri, qəzetçi Məcid Hüseynin adı qeyd edilib.
Misir qanunlarına görə, adı terrorçu siyahısına salınan şəxslərin əmlakları müsadirə edilir və xaricə çıxışlarına qadağa qoyulur.