29 Oktyabr 2018 14:30
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin devrilmiş lideri Hüsnü Mübarək məhkəməyə çağırılıb.

Teleqraf.com xəbər verir ki, o, Misirin keçmiş prezidenti Məhəmməd Mursiyə qarşı açılmış cinayət işi çərçivəsində məhkəmədə ifadə verəcək.

Hüsnü Mübarək artıq Misir Təhlükəsizlik Xidmətində dindirilib. Onun Mursi işində ifadə verəcəyi də bundan sonra məlum olub.

Mübarəkin Məhəmməd Mursini həbsxanadan qaçırmaqda ittiham edildiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər