ABŞ prezidenti Donald Tramp Mərkəzi Amerikadan ABŞ-a üz tutan miqrantlara səslənərək "Bu, ölkəmizi işğal etməkdir, ordumuz sərhəddə sizi gözləyir", deyə bildirib.
Teleqraf.com xəbər verir ki, Tramp Tvitter hesabında ABŞ-ın cənub sərhədinə doğru hərəkət edən miqrantların sırasında mafiya üzvlərinin olduğunu bildirib: "Onların içərisində mafiya üzvləri, pis adamlar var. Lütvən geri önün. Prosedurlardan keçmədən ABŞ-a qəbul edilməyəcəksiniz. Bu, ölkəmizi işğal etməkdir, ordumuz sərhəddə sizi gözləyir".
"Wall Street Journal" (WSJ) dərgisi yazır ki, ABŞ Meksika ilə sərhədə 5 min əsgər yığıb.
BMT ABŞ-a sığınmaq üçün Mərkəzi Amerikadan 7 mindən çox miqrantın yola çıxdığını açıqlayıb.