30 Oktyabr 2018 20:31
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Mişel Baçelet Qaşıqçının ölümünün araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət komissiyanın yaradılması təklifini irəli sürüb.

Eyni zamanda o, Səudiyyə Ərəbistanı hökumətini jurnalistin nəşinin yerini açıqlamağa çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər