Səudiyyə Ərəbistanı konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı cinayəti araşdırmaq üçün Türkiyəyə gələn Səudiyyə baş prokuroru Suud əl-Mucib gecə saat 00:10-da kəşfiyyat qurumuna gedib.
Teleqraf.com xəbər verir ki, baş prokuror İstanbulda qaldığı oteldən ayrılaraq Milli İstihbarət Təşkilatının (MİT) İstanbul idarəsinə yollanıb.
Bir müddət MİT-də qalan baş prokuror daha sonra otelə qayıdıb.