Pilot kursunda ilk uçuşunu həyata keçirən Türkiyə prezidentinin kürəkəni Səlcuq Bayrakdar ənənəyə uyğun olaraq su şırnağına tutulub.
Teleqraf.com xəbər verir ki, Bayrakdarı suya tutub islatmaq vəzifəsini həyat yoldaşı Süməyyə Bayrakdar yerinə yetirib.
Görüntünü sosial şəbəkədə paylaşan Səlcuq Bayrakdar bununla insanların marağına səbəb olub.
Həmin videogörüntünü təqdim edirik: