İtaliya yığmasının sabiq futbolçusu Vinçenso Yakvinta həbs olunub.
Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarı ilə o, qanunsuz odlu silah saxladığı üçün 2 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Yakvinta 2006-cı ildə İtaliya yığmasının tərkibində dünya çempionu olub.
Onu da əlavə edək ki, Yakvintanın atası cinayətkar dəstə ilə əlaqələrdə ittiham olunaraq 19 il müddətinə həbs cəzası alıb.