Danimarkanın baş qərargah rəisi sevgilisinə mayor rütbəsi verməkdə ittiham olunur.
Teleqraf.com xəbər verir ki, Müdafiə Nazirliyi baş qərargah rəisi Hans Kristian Mathesenlə bağlı araşdırma apardığını təsdiq edib.
Araşdırmaya oktyabrın 19-dan başlanılıb.
Məlum olub ki, qərargah rəisi vəzifəsindən sui-istifadə edərək sevgilisinə mayor rütbəsi verib. Sevgilisini rütbələndirmək üçün qərargah rəisi “Beynəlxalq missiyalarda xidmət etməyin çətinliyi” amilindən istifadə edib.
Araşdırma zamanı qərargah rəisinin hərbi xidmətdə sevgilisi üçün ofis açdığı da ortaya çıxıb.
Danimarka müdafiə naziri Klaus Hjort Frederiksen bildirib ki, məsələni yaxından izləyir və araşdırmanın nəticələri xalqa açıqlanacaq.
Nazir qərargah rəisinin istefa verib-verməyəcəyi bəlli deyil. Onun məcburi məzuniyyətə göndərildiyi bildirilir.