1 Noyabr 2018 15:35
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hüquq mühafizə orqanları keçmiş prezident Serj Sərkisyanı həbs etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti çıxış edib.

Qəzet yazır: “Hüquq-mühafizə orqanları “Yerkrapax” Könüllüləri İttifaqının sədri, müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryana yeni “müqavilə” təklif edirlər. O, azadlığının əvəzinə, Serj Sərkisyana qarşı ifadə verməlidir.

Lakin Qriqoryan bu şərti rədd etdi və iş üzrə məhkəmə prosesinin başlamasını gözləyir. İstintaqə işi tez bir zamanda bağlamaq və məhkəməyə göndərməyə meyllidir. Sərkisyan əleyhinə ifadə verməkdən imtina etməsi isə Qriqoryana baha başa gələ bilər. Hesab etmək olar ki, o, bu barədə götür-qoy edəcək”.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryan qanunsuz silah-sursat əldə etmək, saxlamaq və hakimiyyət çevrilişinə cəhd ittihamı ilə bu ilin iyul ayında həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər