1 Noyabr 2018 16:02
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreyaya səfər edəcək.

Teleqraf.com “Assoşieyted Press”ə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya dövlət başçısı Mun Çje İn açıqlama verib.

Səfərin dəqiq tarixi bəlli olmasa da, Cənubu Koreya başçısı bunun yaxın günlərdə baş tutacağını bildirib.

O, səfərin hansı məsələlərin müzakirə ediləcəyi barədə məlumat verməyib.

Bu, iki Koreya arasında baş verən yarım əsrlik böhran tarixində Şimaldan Cənuba dövlət başçısı səviyyəsində ediləcək ilk səfərdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər