2 Noyabr 2018 07:55
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Xarici İşlər Nazirliyi səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədinin yerinin müəyyən edilməsi və nəşinin ailəsinə verilməsinin vacibliyi ilə bağlı açıqlama yayıb.

"ABŞ təkcə Qaşıqçını öldürənləri deyil, bu cinayətdə əli olan hər kəsin məsuliyyətə cəlb olunmasına çalışacaq", deyə açıqlamada bildirilir.

Eyni zamanda vurğulanır ki, Səudiyyə Vəliəhdi şahzadə Məhəmməd bin Salman Qaşıqçının ölümündən sonra ABŞ prezidenti Donald Trampın kürəkəni, baş danışman Jared Kuşner ilə əlaqə yaradaraq jurnalistin təhlükəli islamçı olduğunu bildirib. O, Qaşıqçını "Müsəlman qardaşları" təşkilatının üzvü kimi Kuşnerə tədim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər