BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) Yəmənlə bağlı yeni hesabat təqdim edib.
Teleqraf.com xəbər verir ki, hesabatda koalisiya qüvvələri və qiyamçılar arasında baş verən son döyüşlərdə 6 min yəmənli uşağın həlak olduğu bildirilir.
UNICEF 400 min yəmənli uşağın qida çatışmazlığı ilə üzləşdiyini də diqqətə çatdırıb.
Hesabata görə, hər 10 dəqiqədə 1 yəmənli uşaq müxtəlif səbəblərdən ölür. Hazırda Yəməndə 11 milyon uşağın humanitar yardıma ehtiyacı var.
BMT 5 ildir vətəndaş müharibəsinin davam etdiyi ölkədə aclıq və yoxsulluğun qorxulu həddi keçdiyini bildirir.