Dağlıq Qarabağ münaqişəsinin danışıqlar masasına qaytarılması, yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrova görə, bu münaqişəni yalnız tərəflərin öz iradəsi ilə həll etmək mümkündür:
“Cəmi bir dəfə Qarabağ nümayəndələri Bakı və İrəvan arasında gedən müzakirələrdə iştirak etdilər. Lakin bu format dəyişdirildi və müzakirələr uzun illərdir Ermənistan və Azərbaycan arasında aparılır”.
Sergey Lavrov Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ separatçılarını tərəf kimi müzakirələrə qoşmaq niyyətini də şərh edib:
“Mövcud ikili formatı dəyişdirmək üçün hər iki tərəfin razılığı olmalıdır. Bildiyim qədər belə bir anlaşma yoxdur”.