Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) vətəndaş müharibəsinin davam etdiyi dövrdə əksəriyyəti Bəşər Əsəd ordusu və müttəfiqləri tərəfindən olmaqla, 689 jurnalistin öldürüldüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 2011-ci ildən bu yana qətlə yetirilən 689 media nümayəndəsinin 8-i əcnəbidir.
Hesabata görə, 2015-ci ildə Bəşər Əsədə dəstək vermək üçün Suriyaya müdaxilə edən Rusiya ordusu 19 jurnalisti qətlə yetirdiyi halda, ABŞ liderliyindəki koalisiya qüvvələri 1 media nümayəndəsinin həyatına son qoyub.
Terror təşkilatlarından YPG/PKK 4, İŞİD isə 3-ü əcnəbi olmaqla, ümumilikdə 64, Əsədə qarşı döyüşən Heyət Təhrir Şam 5, silahlı müxaliflər 25, kimliyi məlum olmayan digər qruplaşmalar isə 28 jurnalisti öldürüb.
Hesabata görə, Suriyada müharibənin başlanmasınan bu yana 18-i əcnəbi olmaqla 418 jurnalist həbs edilib, yaxud girov götürülüb.