3 Noyabr 2018 17:36
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Senatının keçmiş deputatı, “Talibanın dədəsi” ləqəbli Sami əl-Xak öldürülüb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, o, Ravalpindi şəhərindəki evində odlu silahla vurularaq qətlə yetirilib.

Keçmiş deputation kimlər tərəfindən öldürüldüyü məlum deyil.

Sami əl-Xak “Taliban” silahlı qruplaşmasının qurucusu Məhəmməd Umara yaxınlığı ilə tanınırdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər