3 Noyabr 2018 20:31
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə beynəlxalq arenada güclü bir iştirakçı kimi Moldova üçün ciddi müttəfiqdir.

Teleqraf.com xəbər verir ki, bunu Moldova Prezidenti İqr Dodon deyib.

O bildirib ki, son dövrlər Moldova-Ukrayna münasibətləri inkişaf edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın Moldova səfəri haqqında danışan Dodov bildirib ki, Ərdoğanla ikili layihələr, təhlükəsizlik məsələləri istiqamətində müzakirə aparıb:

“Rusiya daxil olmaqla regiondakı vəziyyəti müzakirə etdik. Lakin indilikdə Rusiya-Moldova-Türkiyə layihəsi yoxdur.

Türkiyə prezidentinin səfəri zamanı strateji mövzularda anlaşma imzaladıq. Türkiyə aktiv olaraq Moldovaya yardımlar edir, sərmayələr yatırır. Son 20 ildə Türkiyə tərəfindən ölkəmizdəki bəşəri layihələr 80 milyon dollar sərmayə qoyulub”.


Müəllif: Cavad

Oxşar xəbərlər