4 Noyabr 2018 21:35
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranla nüvə razılaşmasından çıxmasının bədəlini ödəyəcək.

Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə müsahibəsində ABŞ-ın 44-cü Prezidenti Barak Obamanın Yaxın Şərq üzrə köməkçisi Robert Малли bildirib.

“Düşünürəm ki, administrasiya böyük səhvə yol verdi. İrana münasibətin necə olmasından asılı olmayaraq sanksiyaların bərpa olunması məqsədə nail olmaq yolu deyil”, – deyə o bildirib.

Onun fikrincə, administrasiyanın bu qərarı təhlükəli presedent yaradacaq. Belə ki, Donald Trampın yerinə gələcək şəxs də onun qərarlarına yenidən baxacaq.

Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların daha ağır mərhələsi bu gündən qüvvəyə minib.


Müəllif: Səxavət

Oxşar xəbərlər