Ötən sutka ərzində İordaniya və Livandan Suriyaya 640 nəfərdən çox insan qayıdıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qarşı duran tərəflər arasında sülhün əldə edilməsi və qaçqınların yerləşməsinə nəzarət Mərkəzinin informasiya bülletenində deyilir.
“Ötən sutka ərzində Suriya Ərəb Respublikasına iki xarici dövlətdən 646 qaçqın qayıdıb. Onlardan 155-i Livandan, 491-i isə İordaniyadan keçməklə öz ölkələrinə dönüblər”, – sənəddə deyilir.
Bildirilir ki, ölkə daxilində daimi yaşayış yerlərinə isə sutka ərzində 224 nəfər qayıdıb.