Səudiyyə Ərəbistanın Məkkə, Ər-Riyad və digər şəhərləri şiddətli yağışların yaratdığı selə təslim olub.
Teleqraf.com xəbər verir ki, təbii fəlakət 14 nəfərin həyatına son qoyub.
Ölüm halları Məkkə, Baha, Riyad, Asir, Təbük, Cizan və Hail şəhərlərində qeydə alınıb.
Sel yüzlərlə qoyun və dəvəni də çətin vəziyyətdə qoyub.
Quraq iqlimin hökm sürdüyü Səudiyyə Ərəbistanında yaşanan fəlakət insanlarda çaşqınlıq yaratdığı halda, Məhəmməd peyğəmbərin məzarının yerləşdiyi Məscidi Nəbəvi bölgəsini dolu yağıb.