Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçı cinayətini ört-basdır etmək üçün İstanbula bir toksikoloq (zəhər üzrə mütəxəssis) və kimya mütəxəssisi göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
BBC Ankara və Ər-Riyad arasında anlaşmanın olduğuna diqqət çəkərək, mütəxəssislərin İstanbul konsulluğunu təmizləmək üçün Türkiyəyə gəldiklərini iddia edir.
Səudiyyə Ərəbistanı keçən ay Qaşıqçının İstanbul Baş Konsulluğu binasında öldürüldüyünü qəbul etsə də, noyabrın 2-də bunu təkzib edib.
Türkiyə rəsmiləri isə jurnalistin boğularaq öldürüldükdən sonra cəsədinin şaqqalandığını düşünür.
Qaşıqçının oğlu CNN-ə açıqlamasında “Artıq yeganə istəyimiz onu Mədinədəki ailə məzarlığında dəfn etməkdir. Bunu səudiyyəli yetkililərə demişik, ümid edirik ki, bu mümkün olacaq”, deyib.