ABŞ PKK terror təşkilatının rəhbəri Murat Karayılanın ələ keçməsi üçün 5 milyon dollar mükafat vəd edib. Teleqraf.com xəbər verir ki, ABŞ həmçinin PKK-nın digər rəhbər şəxsləri Cəmil Bayık və Duran Kalkanın yerini deyənlər üçün də mükafatlar nəzərdə tutulduğunu açıqlayıb.
ABŞ Xarici İşlər Nazirliyi PKK liderlərinin fotolarını paylaşaraq "ədalət üçün mükafat" proqramı çərçivəsində onların yerini deyənə mükafat veriləcəyini bəyan edib.
Murat Karayılan üçün 5 milyon dollar, Cəmil Bayık üçün 4 milyon dollar, Duran Kalkan üçün isə 3 milyon dolar pul mükafatı nəzərdə tutulub.
Elan XİN-in saytında yerləşdirilib.