Türkiyənin Şanlıurfa Universitetinin Uşaq Xəstəxanasının həkimi Bahəddin Əhməd Yalçının başını mərmərlə yarıblar.
Teleqraf.com xəbər verir ki, hadisə xəstəxanada müalicə alanlardan birinin A.K adlı qohumu tərəfindən törədilib. O, mərmər parçası ilə iki dəfə həkimin başına vurub. Yenidən həkimə hücum etmək istəyən şəxsə ətrafdakılar mane olublar.
Həkimin başını yaran şəxsə qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Ölümdən dönən həkimin başını yaran şəxs saxlanılıb. Onun cinayət işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin şəxsin 15 il həbs cəzasına məhkum olunması istənilib. Hadisənin səbəbi barədə məlumat yoxdur.