Camal Qaşıqçının öldürülməsindən 1 ay sonra Səudiyyə Ərəbistanından olan daha bir jurnalistin - Türki bin Əbdül Əziz əl-Yassərin həbsxanada işgəncə verilərək, öldürüldüyü açıqlanıb.
Teleqraf.com xəbər verir ki, məlumatı yayan “The Khaleej” agentliyi jurnalistin öldürüldüyünün təsdiq olunduğunu iddia edib.
Əl-Yassər bu ilin mart ayında Dubayda (BƏƏ) saxlanılaraq, Səudiyyə Ərəbistanına gətirilib və həbs olunub.
İddiaya görə, Səudiyyə rəhbərliyi jurnalistin adından Tvitter-də saxta hesab açaraq, ölkə rəsmilərinin əleyhinə paylaşımlar edib.
Əl-Yassərin həbs edilməsinə səbəb də bu olub.