8 Noyabr 2018 08:48
1 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya Müharibəsi zamanı faşist Almaniyasının lideri Adolf Hitlerin öldürülməsi təlimatını verən SSRİ rəhbəri Stalin son anda bu qərarından vaz keçib.

Stalinlə bağlı təlimatın dayandırılması haqqında qərar verməsinə səbəb isə Hitlerin yerinə dövlət başçısı vəzifəsinə keçəcək şəxsin sonradan ABŞ və İngiltərə ilə əməkdaşlığa üstünlük verəcəyinə dair ehtimallar olub.

Teleqraf.com xəbər verir ki, bu barədə illər öncə “Komsomolski Pravda” qəzetinə KQB-nin keçmiş zabiti İqr Atamenko deyib.

KQB-nin keçmiş zabiti Hitlerin aradan götürülməsi üçün NKVD-nin hazırladığı planın detalları haqqında danışıb.

NKVD-nin Adolf Hitlerlə bağlı təlimatlandırdığı Atamenko deyib ki, sui-qəsd fikrinə sovet rəhbərliyi ilk dəfə 1941-ci ilin yaz ayında gəlib.

Almanlar Moskvanın qapısına dirənmişdi, sovet rəhbərliyi paytaxtın itiriləcəyini düşünürdü. Nasistlər Moskvanı əldə etdikdən sonra Qızıl Meydanda hərbi parad təşkil etməyi planlaşdırırdı. NKVD bu hərbi parad zamanı Hitleri öldürmək məqsədilə məxfi əməliyyat hazırlamışdı. NKVD parad zamanı Hitleri öldürmək əməliyyatını II İdarəyə həvalə edib. Bu idarəyə isə Pavel Sudoplatova rəhbərlik edirdi. Əməliyyata görə Hitler Moskvada olduğu ərəfədə hazırlanan gizli casuslar tərəfindən öldürüləcəkdi. Ancaq bu plan baş tutmadı. Çünki almanlar Moskvanı ələ keçirə bilmədi.

Ancaq buna baxmayaraq sovet kəşfiyyatı Hitleri öldürmək ideyasından vaz keçmir. 1943-cü ildə NKVD Adolfun Ukraynadakı Vinnitsa bölgəsində yerləşən qərargahı tez-tez ziyarət etməsi haqda informasiya əldə edir. O dövrdə Sovet rəhbərliyi Medvedevin komandiri olduğu xüsusi qrupu paraşütlə bu bölgəyə endirir. SSRİ-nin əfsanəvi casusu Nikolay Kuznetsov Hitlerin qərargahla bağlı planlarını öyrənir. Ancaq 1943-cü ilin payızında Hitler Vinnitsa bölgəsindəki qərargahını başqa bir yerə köçürür. Beləcə sovet kəşfiyyatının Hitlerə qarşı ikinci sui-qəsd planı da gündəmdən çıxır.

Bundan sonra sovet kəşfiyyatı Hitleri Almaniyada öldürmək haqqında qərar verir. Bu məqsədlə Hitlerin yaxın çevrəsindən bir şəxsin əldə olunması planlaşdırılır. NKVD belə bir şəxsi əldə edə bilir. Bu, İqor Miklaşevski olur. Miklaşevskinin dayısı məşhur sənətçi Vsevolod Blyumental-Tamarin müharibənin ilk günlərindən Almaniya tərəfə keçərək Berlində məskunlaşmışdı. NKVD İqor Miklaşevskini əməliyyata hazırlayır. O, döyüşlərin birində könüllü olaraq almanlara əsir düşür. Almanlar onu yoxlamaq məqsədilə edamla təhdid edirlər. Ancaq Miklaşevski edam təhdidindən və səhnəsindən qorxmur. Sonra Miklaşevskinin dayısı Tamarin vəziyyəti öyrəndikdən sonra bacısı oğlunu taparaq özü ilə Berlinə aparır.

Sovet casusu Miklaşevski Berlində Hitlerin xanımı Eva Braunun yaxın dostun olan rus sənətçi Olqa Çexova ilə əlaqəyə keçir. Əslində Çexova da NKVD-nin məxfi casusu idi. NKVD-nin planlarına görə, Çexova və Miklaşevski birlikdə Hitlerə qarşı sui-qəsd həyata keçirməli idi. Ancaq son anda Hitlerə sui-qəsd əməliyyatı dayandırılır. Stalin Hitlerin yerinə keçəcək yeni alman liderinin ABŞ və İngiltərəyə meyl edəcəyi, iş birliyində olacağından ehtiyat edir.

Sovet kəşfiyyatına görə, 1942-ci ildə Ankarada Papa XII Piyanın cəhdləri ilə Vatikan təmsilçisi ilə Almaniya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndəsi Von Papen arasında məxfi görüş keçirlib. Bu görüşdə İngiltərə, ABŞ və Almaniya arasında sülh müqaviləsinin imzalanması üçün Von Papenin imkanlarından istifadə etmək istəyiblər. Bu anlaşma cəhdi o zaman müharibə aparan SSRİ-ni çox pis vəziyyətə salıbmış.

1944-cü ildə NKVD Adolf Hitlerin öldürülməsi üçün Stalinə yeni bir təklif və dəyərləndirmə təqdim edir. Ancaq Stalin “qətiyyən olmaz” deyərək kəşfiyyatın bu təklifini qəbul etmir.


Müəllif: Cavad