Ukrayna Prezidenti Pyotr Poroşenko Kiyev Andriyivska Kilsəsinin Konstantinopol Patriarxlığının sərəncamına verilməsini təsdiq edən sənədi imzalayıb.
Teleqraf.com xəbər verir ki, sözügedən qanun layihəsi Ali Radaya prezident tərəfindən təqdim edilmişdi.
Qanun layihəsi oktyabrın 18-də parlementə çıxarılmış səsvermədə qəbul edilmişdi.
Qərara görə, dövlət mülkiyyətindəki Andriyivska Kilsəsi Ukraynanın mədəni mirası kimi Konstantinopol Patriarxlığının istifadəsinə verilir.
Poroşenko Türkiyəyə səfəri çərçivəsində İstanbulda Konstantinopol patriarxı Bartolomeylə Ukrayna Pravoslav Kilsəsinin Rus Pravoslav Kilsəsindən ayrılaraq, öz müstəqilliyini elan etməsi ilə bağlı razılaşma əldə edib.
Ukrayna kilsəsi rus kilsəsindən ayrılaraq müstəqil olmaq istəyirdi. Ali Rada bu barədə Konstantinopol Patriarxlığına da məlumat vermişdi.
Moskva Patriarxlığı isə buna görə Konstantinopol Patriarxlığına sərt reaksiya vermişdi. Rus kilsəsi bunu “parvoslav dünyasını böləcək addım” adlandırmışdı.