8 Noyabr 2018 13:18
2 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada 35 yaşlı Yekaterina adlı qadını və onun 12 yaşlı oğlunu amansızlıqda qətlə yetirməkdə şübhəli bilinən Dmitri Nesterov həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, Nesterov bir il əvvəl sevgili olduğu Yekaterinanın evinə tez-tez gəlməyə başlayıb.

Yekaterinanın qonşuları Dmitrinin ləyaqətli bir gənc olduğunu deyiblər. Lakin bir neçə gün əvvəl uşaq və qadının 30-dan çox bıçaq zərbəsi vurulmuş cansız bədənləri evdən tapıldıqdan sonra bu təəssürat tamamilə dağılıb.

İstintaq materiallarına görə, uşağın başına politlen paket keçirilib. Qətl planı həyata keçirilərkən ana və oğlu qatilə müqavimət göstərib. Qatil isə hər ikisini öldürmək üçün bir neçə mətbəx bıçağından istifadə edib.

Qadının və uşağın cəsədləri Yekaterinanın anasının polisə zəng etməsindən sonra aşkar edilib.

Yekaterina hərbçi olan həyat yoldaşını bir il əvvəl itirib. Bundan sonra həyat yoldaşının yaxınları ilə aralarında əmlak üzərində mübahisə yaranan qadın onları məhkəməyə verib və Moskvanın Vladimir bölgəsində birotaqlı mənzilə köçüb.

Lakin qayınatası və qayınanası Yekaterinadan mərhum həyat yoldaşından qalan əmlakdan onlara düşən payı tələb etməyə davam ediblər. Dmitri Nesterov isə bundan sonra 35 yaşlı qadının həyatında peyda olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər