8 Noyabr 18:59
904

Azərbaycan tərəfi Ermənistana müharibə əsirlərinin dəyişdirilməsi ilə bağlı müraciət etməyib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan deyib.

O, bu barədə Ermənistan KİV-də yayılmış məlumatları təkzib edərək bildirib ki, qarşı tərəfdən belə bir təklif olmayıb:

“Qəbul edilən prosedura görə, bu təkliflər Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən verilib. Komitəyə isə Azərbaycan tərəfindən belə bir müraciət daxil olmayıb”.

Qabriel Balayan Ermənistanda Azərbaycandan olan müharibə əsirlərinin olmadığını iddia etsə də, çıxışının davamında bu iddiasını təkzib edən fikirlər səsləndirib:

“Əgər bunun araşdırılması üçün təşəbbüs olarsa, burada Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirak etməsi yaxşı hal olardı”.

Qeyd edək ki, Azərbaycan vətəndaşları - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən əsir saxlanılır.

Bundan əlavə, ötən əsrin 1990-cı illərində Qarabağ müharibəsi zamanı çoxsaylı əsir və itkin düşən şəxslərin olduğu məlumdur.


Müəllif: Mənsur Rəğbətoğlu
Загрузка...