8 Noyabr 2018 21:14
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının Tauzand-Oks şəhərində 12 nəfərin ölümü ilə nəticələnən fəciəvi hadisə ilə əlaqədar noyabrın 10-da dövlət bayraqlarını endirmək barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə Ağ evin Mətbuat xidmətinin məlumatında bildirilir.

“Noyabrın 7-də baş verən dəhşətli hadisənin qurbanlarının xatirəsi üçün Ağ evin, bütün dövlət binalarının üzərindəki dövlət bayraqlarının endirilməsini əmr edirəm”, - dövlət başçısının imzaladığı sənəddə qeyd edilir.

Qeyd edək ki, ötən axşam “Borderline Bar and Grill” barına girən naməlum şəxs oradakılara 30-dək atəş açmışdı. Həmin vaxt barda əksəriyyəti tələbə olan bir neçə yüz müştəri olub. Nəticədə biri polis olmaqla 12 nəfər ölüb. Cinayətkar özü də məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər