ABŞ-ın Mərkəzi Bankının pul siyasətini müəyyənləşdirən Federal Ehtiyat Sisteminin (FES) üzvləri iki günlük noyabr toplantısından sonra faizi yüzdə 2-2,25 aralığında sabit saxlamaq barədə qərar veriblər.
Teleqraf.com xəbər verir ki, bu qərar FES-in 9 üzvünün birgə dəstəyi ilə alınıb.
Qeyd edək ki, FES 2018-ci ildə üç dəfə olmaqla faiz dərəcəsini 2-2,25 faiz səviyyəsinə qədər artırıb.