9 Noyabr 2018 10:14
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da çoxsaylı insanlar Prezident Donald Trampın xüsusi prokuror Robert Müllerin apardığı “Rusiya izi” araşdırmasının başa çatdırmasına imkan verməsi tələbi ilə küçələrə tökülüb.

Teleqraf.com xəbər verir ki, bir çox ştatlarda küçələrə çıxan 100 minlərlə amerikalı prezidentdən təhqiqata müdaxilə etməməsi, xüsusi prokuror Robert Müllerin işini başa çatdırmasına mane olmamağı tələb edib.

“Heç kim hüquqdan üstün deyil” şüarları ilə küçəyə çıxan insanların toplaşdığı məkanlardan biri də Nyu-York şəhəri olub.

Nyu-Yorkda minlərlə etirazçı “Müllerdən əlinizi çəkin”, “Konstitusiyanı qoruyun”, “Mülleri qoruyun”, “Tramp və Pens getməlidir”, “Tramp hüquqdan üstün deyil” kimi şüarlar səsləndirib.

Mitinqçilər ABŞ Prezidenti Trampla mübahisə edən CNN jurnalisti Cim Akostanın Ağ Evdəki akkreditasiyasının ləğvinə kəskin etiraz edərək “Mətbuatı rahat buraxın” şüarları da səsləndiriblər.

Etiraza səbəb olan məqamlardan biri də Rusiya araşdırmasından kənarlaşdırılan ədliyyə naziri Ceff Seşnsin prezidentin tələbi əsasında istefaya getməsi olub.

Seşnsin səlahiyyətlərini müvəqqəti əvəz edən Vitaker “Rusiya izi” araşdırmasının dayandırılması haqda çağırış edib.

Bundan başqa, Prezident Tramp ötən gün bildirib ki, Rusiya araşdırmasını istədiyi zaman qapada bilər: “Bunu etmək istəmirəm. Çünki nəyisə qapatmağı sevmirəm. Bu araşdırma utancvericidir. Heç əvvəldən aparılmamalı idi. Ortada bir cinayət yoxdur”.


Müəllif: Cavad

Oxşar xəbərlər