9 Noyabr 2018 12:10
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilərənin paytaxtı Londonda ABŞ-ın keçmiş prezidenti Barak Obamanın xanımı Mişel Obamanın çıxışı üçün satılan biletlər yarım saat sonra tükənib.

Teleqraf.com xəbər verir ki, dekabrın 3-də Londonda mədəniyyət və sənət mərkəzində Mişel Obamanın çıxışına qulaq asmaq istəyən on minlərlə insan bilet almaq istəyib.

Sosial mediada 40 mindən artıq insanın bilet üçün müraciət etdiyi söylənilsə də, salon 2 min 900 nəfərlikdir.

Qeyd edək ki, Londonda Mişel Obamanın “Becoming” adlanan kitabını təqdim edərkən uşaqlıq xatirələrini və analıq təcrübələrini paylaşacağı gözlənilir.


Müəllif: Aytən

Oxşar xəbərlər