9 Noyabr 2018 21:00
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Consonun qardaşı Co Conson Krallığın nəqliyyat naziri vəzifəsindən istefa verib.

Teleqraf.com xəbər verir ki, o, Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair sövdələşməni ("Brexit") "dəhşətli səhv" adlandırıb və məhz bu səbəbdən müvafiq addımı atdığını bildirib.

Co Conson həmçinin "Brexit"lə bağlı ikinci referendumun keçirilməsini təklif edib.

Bundan əvvəl Tereza Meyin Aİ-nin "Brexit"lə bağlı güzəşt etməsinə nail olduğu xəbər verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər