Qırğızıstan parlamentinin deputatları Ekmat Baybakpayev və Bəkirdin Subanbekov milli baş geyimini (ağpapaq) təhqir edənlərin cəzalandırılmasını təklif ediblər.
Teleqraf.com xəbər verir ki, müvafiq qanun layihəsi ictimai müzakirəyə təqdim edilib.
Parlamentarilərin sözlərinə görə, İnzibati Məcəlləyə maddə əlavə edilməlidir.
Qanun layihəsində fiziki şəxslər üçün 1000 somu (14 dollar), təşkilatlar üçün 5000 somu(71.5 dollar) cərimə nəzərdə tutulub.
2018-ci ilin əvvəlində millət vəkilləri Ekmat Baybakpayev və Bəkirdin Subanbekov bu layihəni ictimai müzakirəyə təqdim etmişdilər.
Bu ilin fevral ayında Qırğızıstan millət vəkilləri və hökumət üzvlərinin xarici rəsmi səfərdə milli baş geyimlərindən istifadə edilməsini nəzərdə tutan Baş nazir Sapar İsakov tərəfindən təsdiq edilib.