10 Noyabr 2018 11:16
1 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələri Yəmənə hərbi müdaxiləyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransada fəaliyyət göstərənIntelligence Online” agentliyi məlumat yayıb.

Agentliyin iddiasına görə, ABŞ Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birlikdə Yəmənin Əl-Hədidə limanını ələ keçirmək üçün plan üzərində işləyir.

ABŞ-ın bu məqsədlə Səudiyyə Ərəbistanına xeyli sayda Pilotsuz Uçan Aparat (PUA) verdiyi bildirilib.

Mənbə ABŞ-ın Səudiyyə Ərəbistanı və BƏƏ-yə limanı ələ keçirmək üçün bütün koordinatları verdiyini də diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər