10 Noyabr 2018 11:25
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərindəki “Lenta” hipermarketində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, səhər saatlarında başlayan yanğının sahəsi təxminən beş min kvadratmetri əhatə edir.

Yanan binadan 800 adam evakuasiya edilib. İlkin məlumatlara görə, heç kim zərər görməyib.

Hadisənin qarşısının alınmasına 54 nəfər və 12 avadanlıq cəlb edilib. Hələlik yanğının qarşısının alınması mümkün deyil.

Yanğına səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.


Müəllif: Mənsur Rəğbətoğlu