10 Noyabr 2018 14:59
1 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya Prezidenti Vladimir Putinə ərazi məsələsinin həlli ilə bağlı danışıqların sürətləndirilməsini təklif etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyada nəşr olunan “Mainiti” qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, müzakirə mövzusu 1956-cı ildə imzalanan Sovet-Yapon Bəyannaməsi əsasında sülh müqaviləsi bağlamaq perspektivləri olacaq.

Bu çərçivədə Moskva ilə bir sülh anlaşması imzaladıqdan sonra Xabomay və Şikotan bölgələrinin Yaponiyaya təhvil verilməsi nəzərdən keçirilə bilər.

Lakin bu, Kunaşir və İturup bölgələri ilə bağlı müzakirələrə şamil edilməyəcək.

Qəzet yazır ki, Şinzo Abe bu sənədin imzalanması üçün rəsmi Moskvanı razı salmağı planlaşdırır və qeyd edilir ki, baş nazir və Putin arasında gedən danışıqlarda bununla bağlı ehtimal edilən anlaşma böyük ölçüdə razılaşdırılıb. Müvafiq sənəd Moskva ilə də razılaşdırıldıqdan sonra Xabomay və Şikotan Yaponiya əraziləri kimi tanına bilər.

Qeyd edək ki, Yaponiya və Rusiya arasında Kuril adaları üzərində uzun illərdir münaqişə davam edir. Dəfələrlə bu barədə anlaşmalar imzalansa da, münaqişəni həll etmək mümkün olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər