10 Noyabr 2018 15:21
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Silahlı Qüvvələrinin Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində şəhid olan əsgərlərin sayı 7-yə çatıb.

Bunu Fransaya səfərə yola düşməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 25 hərbçi yaralanıb: “Yaralılardan 4-nün vəziyyəti ağırdır. Onlar təcili tibbi yardım təyyarəsi ilə Ankaraya gətirilir və müalicələri paytaxtdakı xəstəxanada davam etdiriləcək”.

***

14:13

Türkiyə Silahlı Qüvvələrinin Hakkari vilayətində yerləşən silah-sursat anbarında baş verən partlayış nəticəsində 4 hərbçi həlak olub, 20-si yaralanıb.

Teleqraf.com xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyə Müdafiə Nazirliyi 25 nəfərin yaralandığını, 7 nəfərin itkin düşdüyünü açıqlamışdı.

“Hakkridə 4 hərbçimiz həlak olub, 20 nəfərə yaxını yaralanıb”, – Ərdoğan Ankarada çıxışı zamanı qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər