Moskva Ruhani Akademiyasının rektoru, arxiyepiskop Vereyski Amvrosinin (Yermakov) Ukrayna ərazisinə girişi 3 il müddətinə qadağan olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin açıqlamasında bildirilib:
“Noyabrın 7-də təkcə arxiyepiskopun ölkəyə buraxılmasından imtina olunmayıb, onun Ukrayna ərazisinə girişi 3 il müddətinə qadağan edilib O, ən azı 2021-ci ilədək Ukraynaya gələ bilməyəcək”.
Qadağanın səbəbləri açıqlanmayıb.