Çində terrorçuluqda ittiham olunan 8 nəfər edam olunub.
Teleqraf.com-un anspress-ə istinadən məlumatına görə, onlardan 3-ü ötən il Pekində hücumun planlaşdırılmasında ittiham edilib. 5-i isə bomba hazırlamaq, qətl və qarətə görə edam olunub.
Edamların nə vaxt baş verdiyi açıqlanmır. Onların uyğur olub-olmadığı da bəlli deyil. Edam olunanların adları uyğur kimi səslənir.
Son vaxtlar uyğurların polis və Han çin etnik qrupuna hücumları artıb. Onlar Sincan vilayətinə hanların köçürülməsindən, sonucda uyğun mədəniyyət və adətlərinin məhv ola biləcəyindən narahatdır.