11 Noyabr 2018 00:55
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ayova ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində 4 nəfər həlak olub. Yerli polis orqanlarının məlumatına görə, aviasiya qəzası cümə günü axşam saatlarında baş versə də, təyyarənin qalıqları şənbə günü səhər Hatri dairəsində tapılıb. Dairə polisi 4 nəfərin öldüyünü təsdiqləyib.

Təyyarənin hansı istiqamətə uçduğu və göyərtəsində neçə nəfərin olduğu barədə məlumat yoxdur. Hadisə ilə əlaqədar təhqiqat aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər