11 Noyabr 2018 02:02
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının cənubunda meşə yanğınları davam edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, meşə yanğınları nəticəsində 2 nəfər həlak olub. Bundan əlavə yanğın 150 yaşayış evini məhv edib. Yanğın nəticəsində insanların ölümü ilə əlaqədar araşdırmaya başlanılıb.

Qeyd edək ki, Kaliforniya ştatının şimalında da meşə yanğınları davam edir. Yanğın 9 nəfərin ölümünə səbəb olub və 6,7 mindən artıq evi məhv edib.


Müəllif: Teleqraf.com