11 Noyabr 2018 17:24
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən ölkədə qida və dərman problemləri yarana bilər.

Teleqraf.com xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Haşmatullah Felahetpişə deyib.

ABŞ sanksiyalarının zəif bir İranı hədəfləndiyini deyən komissiya sədri sanksiyaların xalqın birlik və bərabərlik içində olmasını gücləndirdiyini vurğulayıb.

O bildirib ki, dərman sektorunda sıxıntı xərçəng və xroniki xəstəliklərlə bağlı dərmanlardan başlayıb. Ölkədə dərmanların 90 faizi istehsal olunur. Ancaq 10 faiz dərman xaricdən gətirilir. Bank sektoruna tətbiq edilən sanksiyalar səbəbindən qida sektorunda da sıxıntılar yaşana bilər.

Haşmetullah daha sonra bildirib ki, Amerika İran xalqını dövlətdən ayırmağı arzu edir.


Müəllif: Cavad

Oxşar xəbərlər