12 Noyabr 2018 11:18
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-də İranın Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücumda ittiham olunan 22 ərəb fəalı edam edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Kütləvi edamlar noyabrın 8-də Əhvazın mərkəzi həbsxanasında həyata keçirilib və 22 müttəhim ailələrinin xəbəri olmadan gizli şəkildə dara çəkilib.

Onların məhkəməsi qapalı keçirilib və müttəhimlərə vəkil müdafiəsinə icazə verilməyib.

Amerikada yaşayan iranlı jurnalist Şahid Ələvinin sosial şəbəkədə yaydığı xəbərə əsasən, Əhməd əl-Ubudi, Məhəmməd Mömüni və iki oğlu Nəssar Mömüni və Üsamə Mömüni edam edilənlər arasındadır.

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Hadisə nəticəsində ən 25 həlak olub, 69-a yaxın insan yaralanıb.

Hadisədən az sonra İŞİD terror təşkilatı bəyanat yayaraq hücumun məsuliyyətini üzərinə götürmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər