12 Noyabr 2018 12:11
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran iqtisadiyyatını çökdürmək və sabotaj etmək üçün xüsusi plan hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə informasiyanı “Nyu-York Tayms” qəzeti yayıb.

Qəzet bəzi iş adamlarının İran iqtisadiyyatını çökdürmək üçün hazırladıqları plan çərçivəsində Birləşmiş Ərəb Əmirliyi, ABŞ və Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşdüyü, vəliəhd şahzadə Məhəmməd Bin Salmana yaxın şəxslərin isə bu mərhələdə iranlılara qarşı sui-qəsd nəzərdə tutduğunu iddia edib.

Qəzet mənbələrinə istinad edərək bildirir ki, son dövrlər jurnalist Camal Qaşıqçının öldürülməsi səbəbindən ciddi tənqid edilən Məhəmməd bin Salman və ona yaxın şəxslər uzun zamandır düşmənlərinə qarşı sui-qəsd planlarına malikdir.

Məlumata görə, Livan əsilli amerikalı iş adamı və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd bin Zayed Al Nahyanın sözçüsü Georgi Nadirin iştirakı ilə hazırlanan planda İran iqtisadiyyatının sabotaj edilməsi nəzərdə tutulub.

İddiaya görə, Nadir bu planı şahzadə Məhəmmədlə müzakirə edilib və plan Ağ Ev rəsmilərinə də təqdim olunub.

Planın bir hissəsinin müəllifi isə ölkə kəşfiyyatı və təhlükəsizlik agentləri ilə dərin bağlılığı olan israilli Joel Zameldir.

Zamel və Nadirin 2016-cı ildə hazırladığı plan çərçivəsində İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds qrupunun məxfi mülkiyyətlərini ortaya çıxarmaq, İranda sabitliyi pozmaq üçün sosial şəbəkələrdə saxta hesablar açmaq, İrandakı müxalifət qruplarına maliyyə dəstəyi vermək, yüksək səviyyəli vəzifəli şəxslərə qarşı cinayət ittihamlarının cəmiyyət tərəfindən irəli sürülməsinə nail olmaqdır.

ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərində Hillari Klintonun qələbə qazanacağını ehtimal edən Zamel və Nadir hazırladıqları planı Belçikada Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəsmilərinə təqdim ediblər.

Ancaq seçkilərdə Donald Trampın qalib gəlməsindən sonra Zamel və Nadir Nyu-Yorka gedərək Trampın yaxınlarına və səudiyyəli generallara plan haqqında məlumat veriblər. Nyu-Yorkda keçirilən toplantıda Qaşıqçı cinayətinin ortaya çıxmasından sonra işdən çıxarılan general Əhməd Assiri də iştirak edib. Plana Səudiyyənin maliyyə dəstəyindən əvvəl Tramp administrasiyasının dəstək verməsi istənilib.

Trampın 2017-ci ilin yanvarında rəsmi fəaliyyətə başlamasından sonra Nadir sıx-sıx Ağ Ev rəsmiləri ilə görüşüb.

Plan çərçivəsində 2017-ci ilin martında Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda toplantı baş tutub. Toplantıda general Assiri də daxil olmaqla səudiyyə rəsmiləri İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds qrupunun rəhbəri Qasım Süleymani və başqa bir şəxsin öldürülməsi niyyətini açıqlayıblar.

Toplantıda iştirak edən iş adamları bu məsələdə tərəddüd ediblər və sonradan sui-qəsd planlarında iştirak etməyəcəklərini bildiriblər.


Müəllif: Cavad