12 Noyabr 2018 12:20
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın futbol üzrə Super Liqasının I dəstəsinin növbəti oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, bu turda Güney Azərbaycanın Urmiya şəhərini çempionatda təmsil edən “Urmiya 90” klubu “Qaşqay”la qarşılaşıb.

“Təxti” stadionunda baş tutan görüşdə Urmiya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Oyun zamanı azərbaycanlı tamaşaçılar hər iki komandaya dəstək nümayiş etdirib və şüarlar səsləndiriblər.

“Türk, Türk” şüarı səsləndirən azakeşlər İranda Azərbaycan türklərinin “azəri” adlandırılmasına etiraz ediblər.

Oyun zamanı “Yaşasın Azərbaycan”, “Çağırsan gələrəm mən, sən yaşa Azərbaycan...”, “Azərbaycan elimdir, Qaşqay sevgilimdir” kimi şüarlar səsləndirilib.

Oyundan görüntünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər