12 Noyabr 2018 15:39
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Rusiya, Almaniya və Fransadan olan həmkarları ilə Suriya böhranını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı ilə müzakirə apardığını açıqlamışdı. O, “Trampla görüş necə keçdi”i sualına qısa cavab verib: “Yaxşı”

Rusiyalı politoloq Andrey Suzdaltsev isə Putin-Tramp görüşünü belə şərh edib:

“Hansısa müzakirə qarşıdurmadan daha yaxşıdır. Lakin o da doğrudur ki, Parisdəki toplantının formatının bizim üçün o qədər də xoş olmadığını unutmaq lazım deyil. Hansı ki, həmin toplantıda I Dünya Müharibəsində rusların iştirakının üzərində çox dayanılmadı, bu qələbəni yalnız Qərb dövlətlərinin adına yazdılar. Xüsusilə də, ənənəyə uyğun olaraq, İkinci Dünya Müharibəsi ilə bağlı müzakirələrdən yayınmaq üçün Fransa Prezidenti Makron böyük səy göstərdi.

Paris müzakirələri prinsiplərdə müsbət görünməsinə baxmayaraq, Amerikanın ictimai rəyində Çin və Rusiyaya qarşı fikir birliyinin olduğunu göstərdi. Başqa sözlə, belə toplantılarla ABŞ-Rusiya münasibətlərində dönüş nöqtəsi yaratmaq mümkün olmayacaq”.

Qeyd edək ki, Birinci Dünya Müharibəsində qələbənin 100 illiyi çərçivəsində 11-13 noyabr tarixlərində 1-ci Paris Sülh Forumu keçirilir. 98 xarici nümayəndə heyəti, 72 dövlət və hökumət rəhbəri Sülh Forumuna qatılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər